Qarabağda daha 3 erməni hərbçinin meyiti tapıldıbackend

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.

“Yeni Gündəm” erməni mətbuatına istinadən xəbər verir ki, cəsədlər Cəbrayıl və Qubadlıda aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 238-ə yüksəlib.

Hazırda axtarış işləri Hadrut, Füzuli və Cəbrayıl istiqamətlərində davam etdirilir.