Qarabağda daha 4 erməni hərbçinin meyiti tapıldıbackend

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 4 erməni hərbçinin meyiti tapılıb.

“Yeni Gündəm” erməni mətbuatına istinadən xəbər verir ki, cəsədlərdən biri Suqovuşan, üçü isə Cəbrayıl ərazilərində aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 287-yə yüksəlib.

Hazırda axtarış işləri Hadrut istiqamətində davam etdirilir.