Qarabağda erməni əsgər öldübackend

Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsində erməni əsgər ölüb.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” yayıb. Bildirilir ki, 19 yaşlı erməni əsgər Sarkis Qriqoryan Qarabağın şimalında hərbi hissələrin birində güllə yarası alıb. O, aldığı yaradan dünyasını dəyişib.

Məlumata əsasən, insident iyulun 26-sı saat 22:26 radələrində qeyri-müəyyən şəraitdə baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ermənistan hələ də Qarabağdakı qanunsuz hərbi birləşmələri ərazidən tam çıxarmayıb.