Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi öldübackend

Ötən gün Qarabağda hərbi hissələrdən birində partlayış baş verib.

“Yeni Gündəm”-in “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, partlayış döyüş sursatlarının daşınması zamanı qeydə alınıb.

Hadisə nəticəsində iki hərbi qulluqçu – 2001-ci il təvəllüdlü Jirayr Matevosyan və Qeqam Ovannisyan ölüblər.