Qarabağda ilk “Ağıllı kənd” belə olacaq – VİDEObackend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Zəngilan səfərində “Ağıllı kənd” layihəsinin təməli qoyulub.

“Yeni Gündəm” Ağalı kəndində təməli qoyulan “Ağıllı kənd” (Smart village) layihəsinin görüntülərini təqdim edir:

Qeyd edək ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.