Qarabağda ilk xarici layihə Özbəkistan tərəfindən həyata keçiriləcəkbackend

Özbəkistan Qarabağda məktəb tikir.

“Yeni Gundem” xəbər verir ki, məlumatı Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə görüşündə deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, sözügedən layihə xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir:

“Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə xatırlayıram. Göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram. Həmçinin Qarabağin bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik”-deyə dövlət başçısı qeyd edib.

Fərahim Rəhimov