“Qarabağda türk mirasının qorunması üçün Azərbaycanın yanında olmalıyıq” – Türkiyə Prezidentibackend

“Bu gün 1918-ci ildə azərbaycanlıların soyqırıma məruz qaldıqları gündür. Biz heç bir zaman Xocalı qətliamını unutmadıq, bir müddət əvvəl Xocalı faciəsini təkrar andıq. Qətl edilən on minlərlə soydaşımızı rəhmətlə anıram”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.

“Qarabağda türk mirasının qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağımız vacibdir. Hamımız birlikdə Azərbaycanın yanında olmağı davam etdirməliyik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.