Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin olundubackend

General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.

“Yeni Gündəm”-in məlumatına görə, o, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.

Bu gün yeni komandan Ermənistana səfər edib.

M. Kosobokov Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.