Qarabağdakı şirkətlərin dividend gəlirləri 10 il vergidən azad edildibackend

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən hüquqi şəxslərin divident gəlirləri gələn ildən vergidən azad edilib.

“Yeni Gundem” xəbər verir ki, bu, Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) divident gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunur.