“Qarabağı Azərbaycanın tərkibinə vermək istəyirsiniz?”- Paşinyan deputatlara səsləndi…backend

“Mütləq bu sualı vermək lazımdır. Ermənistan tərəfi bu savaşdan qaça bilərdi? Vəziyyətin bu həddə gəlib çatmaması üçün nə etməli idik?”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri Ermənistan parlamentində çıxışı zamanı Ermənistanın baş nazir Nikol Paşinyan səsləndirib. N.Paşinyan deputatlar önündə özü özünə verdiyi suallara cavab verib.

“Bu vəziyyətdən qaçmaq üçün Ermənistan nəsə etməli idi. Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət olmasına razılaşmalı idik. Muxtariyyət olmasa belə Azərbaycanın üstünlüyü ilə nəsə etməliydik. Dediklərim ilə razılaşsaydıq, müharibə olmayacaqdı. Hər şey bu gün bitəcəkdi”, deyə Paşinyan deputatlara müraciət edib.

Deputatlar isə Paşinyana: “yox, heç vaxt!” cavabını veriblər.