Qardaşı vəzifədən azad edilən sabiq deputatdan açıqlama: “Şər-böhtan…”backend

Qardaşı vəzifədən azad edilən sabiq deputat Sona Əliyeva yayılan xəbərlərə münasibət bildirib.

“Yeni Gündəm”-in xəbərinə görə, S.Əliyeva bildirib ki, işdən də çıxdıb, media yenə haqqında şər böhtan yazmaqdan yorulmur.

Qeyd: Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Adil Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Xatırlatma: 2018-ci ilin aprel ayında keçmiş deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva müraciətində bildirib ki, mərhum əri Sakit Əliyevdən qalan əmlakları qızı Sona deputatlığından istifadə edərək ələ keçirib. Bununla bağlı ailə üzvləri arasında məhkəmə çəkişmələri də olub. Sona Əliyevanın atası Sakit Əliyev Şəmkirdə “Sərxan” otelinin, “Murovdağ” şadlıq sarayının və bir çox digər kommersiya daşınmaz əmlakın sahibi olub. S.Əliyeva 2015-2000-ci illərdə 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı olub.