Qardaşla bacının üzərinə qaynar su dağıldıbackend

Mingəçevirdə azyaşlı bacı və qardaş yanıq xəsarəti alıblar.

“Yeni Gündem” xəbər verir ki, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivində qeydə alınıb. Ehtiyatsızlıq edən 8 yaşlı Hüseyn və 7 yaşlı Zəhra Qorçuyevlar qaynar su dolu qabı üzərlərinə aşırıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan bacı və qardaş xəstəxanaya çatdırılıb. Uşaqlara tibbi yardım göstərilib vəziyyətləri kafi qiymətləndirilir.