Gürcüstanın baş naziri İrakli Qaribaşvili Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavininin köməkçisi Erika Olson ilə görüşüb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Onların məlumatına görə, hökumət administrasiyasında keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub. sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
İrakli Qaribaşvili və Erika Olson regionda və dünyada mövcud təhlükəsizlik mühitinə də nəzər salıb, bu istiqamətdə baş nazirin təşəbbüsü ilə irəli sürülən Cənubi Qafqaz sülh-qonşuluq təşəbbüsünün əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi nəzərəçarpacaq irəliləyişlərə də toxunulub.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı missiyasının rəhbərinin müavini Rayan Harris, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər”, – məlumatda deyilir.
Fərahim Rəhimov