Qaribaşvili Ermənistan Prezidenti ilə görüşübbackend

Tbilisidə rəsmi səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Gürcüstanın Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, hökumət administrasiyasında keçirilən görüşdə Ermənistan və Gürcüstan arasında ikitərəfli münasibətlər, eləcə də dünyada və regionda təhlükəsizlik məsələləri müzakirə edilib.

Vurğulanıb ki, tərəflər Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında dialoq formatının yaradılmasını və qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutan “Cənubi Qafqaz Dinc Qonşuluq Təşəbbüsü”nü müzakirə ediblər.

Məlumatda qeyd olunub ki, Baş nazir İrakli Qaribaşvili ölkəsinin hər zaman Cənubi Qafqazda dinc əməkdaşlıq və birgə yaşayışın tərəfdarı olduğunu və regional dialoqa yardım etməyə hazır olduğunu vurğulayıb.

APA