“Qarşı tərəf Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etmək istəyir” – Hikmət Hacıyevbackend

“Laçın və Qubadlı bölgələri Ermənistandan raket və artilleriya atəşinə tutulur”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

H. Hacıyev qeyd edib ki, qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.