Qaxda partlayışda yaralanan qadın öldübackend

Qaxda qaz sızması nəticəsində baş verən partlayışda ağır yanıq xəsarətləri alan qadın ölüb.

“Yeni Gündəm”in məlumatına görə, rayonun Qıpçaq kənd sakini 1956-cı il təvəllüdlü Narıngül İlham qızı Osmanova Bakı xəstəxanalarının birinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, N.Osmanova ötən gün səhər yaşadığı evdə qaz sobasını yandırmaq istəyib və bu zaman partlayış olub. Hadisə nəticəsində qadının əri, 1937-ci il təvəllüdlü Hacı Məhəmməd oğlu Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.