QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ, YAXINLARINI  VƏ CƏMİYYƏTİ QORU!backend

Ölkəmizdə COVID-19 Koronavirus Pandemiya bəlasının aradan qaldırmaq üçün vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.

COVID-19 Koronavirus infeksiyasının yayılmasının və pandemiyaya yoluxma hallarının qarşısını almaq məqsədi ilə, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur.

Təşkilatımızın əhali arasında apardığı araşdırmalarından məlum olmuşdur ki, COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının qarşısını almaq məqsədi ilə respublikamızda tətbiq olunmuş karantin rejimini ərəfəsində, Bakı şəhərində ehtiyacı olan imkansız az-təminatlı aillərə, müharibə əlillərinə, veteranlara, tənha ahıl insanlara ərzaq və tibbi dəstəyə daha çox ehtiyacları vardır.

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında Operativ Qərargah tətbiq etdiyi karantin rejimi dövründə onlarla müharibə əlili pisxoloji gərginkik keçirərək səhhətləri ağırlaşmışdır.

Müharibə əlillərininin çoxusu onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi sığorta və tibbi-reabilitasiyaları imtiyazları haqqında hüquqlarını bilmədikləri üçün, onlar xəstəxanalarda vaxtı-vaxtında müalicə olunmalarında problemlərlə üzləşirlər. Səhətləri ağır olan müharibə əlilləri xəstəxanalara yerləşirdikdən sonra, onların müalicələrinə lazım olan dərmanları imkansızlığ üzündən ala bilmədiyləri üçün, onlar müalicələrini yarımçıq saxlayaraq xəsdəxanadan evlərinə buraxırıllar. Belə əlilərin çoxusu tam müalicə almmadığları üçün evlərinə buraxıldıqdan sonra vəfat etmişdir.

Mövcud problemləri nəzərə alaraq, Bakı şəhərində tibbi və sosial yardıma ehtiyacı olan imkansız aztəminatlı ailələrə, müharibə əlillərinə, tənha ahıl insanlara köməklik göstərmək məqsədi ilə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə, “COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, 15 iyul  tarixindən, 15 oktyabr 2020-ci il tarıxinə kimi, “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsinin icra edirik.

Həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə dəstək verərək, QAYDALARA ƏMƏL ET, ÖZÜNÜ VƏ CƏMİYYƏTİ QORU! Şuaraı ilə, Bakı şəhəri, Səbail, Nəsimi, Binəqədi, Nizami, Xətai, və Sabunçu rayonlarında sosial yardıma ehtiyacı olan imkansız aztəminatlı ailələrə, müharibə əlillərinə, tənha ahıl insanlara ərzaq və tibbi yardımları ilə köməklik göstərmək, ictimai maarifləndirmə təbliğat və təşviqat işləri aparmaqdır.Ümüd edirik ki, “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsinin həyata keçirilməsi nəticəsində, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün, Azərbaycan xalqına etdiyi, “Biz birlikdə güçlüyük” müraciətinə və Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında yaradılmış, Operativ Qərargahın qəbul etdiyi qərarlarına və həmçinin tətbiq olunmuş karantin dövründə, müharibə əlilləri arasında pisixoloji gərginliyi artmış müharibə əlilləriniə tibbi-psixoloji köməklik göstərərək, onların cəmiyyətdə pisixoloji-fiziki problemlərinin minuma çatdırılmasına xeyirli töhfə verərək dəstək olacaqdır.

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun

Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru və “Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsinin rəhbəri Sərraf Orucov