“Qaynaq saçlarla, silikonlarla əsgər geyimi geyinirdilər”backend

Müğənni Xatun Əliyeva müharibə dövründə vətənpərvər mahnılar oxuyub, hərbi forma geyinən məşhurlar barədə danışıb.

“Yeni Gündəm” xəbər verir ki, MTV telekanalında qonaq olan ifaçı onları özlərini reklam etməkdə ittiham edib:

“Çox şeylərə şahid olduq. Həmkarlarımla yazışırdım, bayağılıq baş alıb gedirdi. Hərdən deyirdim ki, onlar ermənidən sonra ikinci düşmənimizdir, bizi qıcıqlandırırlar. Əsgər geyimi şərəflidir. Hər adamın hünəri deyil bunu geyinmək. Bizim oğullarımız onu geyinib nələr etdilər, torpaq aldılar. Nə qədər müqəddəsdir. Qaynaq saçlarla, silikonlarla əsgər geyimi geyinirdilər. Hərə bir mahnı oxudu, hamı vətənpərvər oldu. Vətənpərvər mahnı yaxşıdır, onu başında kələğayı, qara geyimdə oxu”.Axşam.az