Qazax sakini minaya düşərək öldübackend

Qazax rayon sakini minaya düşüb.

“Yeni Gündəm” xəbər verir ki, bir neçə saat öncə rayonun Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala Cəfərli kəndində minaya düşərək həlak olub.

İlkin məlumata görə, həmin şəxs traktorla yer şumlayan zaman minaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo