Qazaxda cücə sexində yanğın olub – FOTObackend

Qazax rayonu ərazisində yerləşən cücə sexində yanğın hadisəsi qeydə alınıb.

“Yeni Gündəm”in Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində baş verib.

Kənd sakini, Anar Kərimova məxsus və ümumi sahəsi 600 kv.m olan sexdə baş vermiş yanğın zamanı sexin içərisində olan avadanlıqlar və 400-ə yaxın bildircin quşu, həmçinin 15 000 cücə yanıb.

Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası alovu söndürüb və yanğının yaxınlıqdakı tikiliyə keçməsinin qarşısını alıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.