Qazaxda iki uşağı ildırım vurub, biri ölübbackend

Qazaxda iki uşağı ildırım vurub.

“Yeni Gundem” xəbər verir ki, Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib: “2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən – 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.