Qazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Əsəd oğlu Mahmudov özlərinə məxsus üzümlük sahədə intihar edib.
Onun meyiti hadisədən bir müddət sonra sahəyə gedən əmisi tərəfindən aşkarlanıb.
Mərhum Qazaxda vəkil olub və intihardan bir gün öncə yaxınlarına işi ilə bağlı başqa rayona gedəcəyini bildirib. Səhəri gün isə onun meyiti üzümlük sahədə aşkarlanıb.
R.Mahmudov ailəli olub, bir qızı, iki oğlu var, həyat yoldaşı Qazax Rayon İcra Hakimiyyətində çalışır.
Mərhumun atası Əsəd Mahmudov rayonda tanınmış şəxsdir. O, sovxozda, ət kombinatında direktor, Qazax Rayon Sudan İstifadə Birliyində isə icraçı direktor vəzifələrində çalışıb.
Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hər kəsə qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildiriblər.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Report