Qazaxda Yeni ildə 2 nəfər xəstəxanalıq oldubackend

Qazaxda ehtiyatsızlıq nəticəsində iki nəfər xəsarət alıb.

“Yeni Gundem”in məlumatına görə, rayon sakinləri – 1988-ci il təvəllüdlü Qurbanov Vüqar Laçın oğlu və Əzizov Tural Nəriman oğlu sol əllərinin çapılmış yarası xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Məlumata görə, hər iki şəxs əllərində pirotexniki vasitə partladan zaman xəsarət alıblar.