Qazaxın “asvalt kralı” Kərəm Məmmədrzayev Ağstafada dövlətin pulunu göyə sovurur…backend

Bu yaxınlarda Mediaxeberleri.Az saytında Qazaxın “asvalt kralı” Kərəm Məmmədrzayevə cinayət işi açıla bilər – Dövlət vəsaiti talanır…” başlıqlı məqalə dərc etmişdik. Yazıda Qazax rayon 27 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Kərəm Məmmədrzayevin qanunsuz əməlləri və onun sahib olduğu əmlaklar barədə söhbət açmışdıq.

Qazaxın “asvalt kralı”-nın rayonun Çaylı kəndində özünə dəyəri yüz min manatlarla ölçülən nəhəng villa tikdirməsindən, Ağstafa çay hövzəsində 5 hektarlıq meşəlik sahə Bakı şəhər sakini olan həyat yoldaşı Məmmədrzayeva Fiqura Vahid qızının icarəsinə verilməsindən, yol infrastrukturuna ayrılan dövlət vəsaitindən oğurlamaq hesabına Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun kənarında inşa etdirdiyi yarım milyonluq “Palıd” restoranının tikintisindən bəhs etmişdik. Görünür büdcəni xımır-xımır yeyən “asvalt kralı”-na, HƏBSLƏR DƏ GÖRK OLMUR…

Mediaxeberleri.Az xəbər verir ki, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yol-nəqliyyat infrastrukturu kompleks şəkildə yenidən qurulur. Sözügedən yol tikintisi isə 27 №-li Yol İstismar İdarəsi MMC-nin direktoru Kərəm Məmmədrzayev tərəfindən aparılır. Yerli sakinlərin Mediaxeberleri.az-a bildirdiyinə görə, yolun çəkilişində şox sayda qüsurlar var. Nəzərdə tutulan yolun eni 6 metr əvəzinə 5 metrlə, elə yerlər var ki, həttə 4 metrlə çəkilir. Kərəm Məmmədrzayev üçün əsas odur ki, mənimsəməyə pul, dağıtmağa büdcə olsun. “Azəravtoyol” Dövlət Agentliyi bu yolun tikintisini 2022-ci ilin aprel-may aylarında başa çatdıracaq. Amma indiyə qədər məlum deyil ki, yolun tikintisinə nə qədər pul ayrılıb. AAYDA ölkədə başlayan antikorrupsiya tədbirlərini saya salmır. Bu qurumun rəhbərliyi maxinasiyalarını həyata keçirməkdə davam edir. Bakının və ölkənin yollarının çəkilişinə və orada baş verənlərə diqqət etməklə dəhşətli faktların şahidi ola bilərik. Saleh Məmmədov və ətrafı yol çəkilişi sistemini öz əllərinə keçirdiyindən istədiyi mənimsəmələri edə bilirlər. Məsələn, hansısa ərazidə yol çəkmək üçün rəsmi şəkildə tender elan olunur. Tenderdə iştirak edən firmalar təkliflərini göndərir. İlkin seçimdən tutaq ki, 4 şirkət keçir. Məlum olur ki, bu şirkətlərin hər birinin sahibi özgə adamdır. Amma hamısının yaxalığında Saleh müəllimə sədaqət andı var. Necə ki, Qazaxın “asvalt kralı” Kərəm Məmmədrzayev.

Hətta bəziləri iddia edir ki, bu şirkətlərin əsl sahibi elə Saleh Məmmədovun özüdür. Bunu yəqin ki, sübut etmək mümkünsüz olar. Amma lazım olsa dövlətin özü sübut edə bilər. Tenderdən keçən şirkətlər arasında iş başlayır və qaliblər yol çəkilişinə başlayır. Hər yerdə olduğu kimi burda da “şapka” əməliyyatının hansı lormada həyata keçirildiyini bilmədiyimizdən kimin nə qədər elə bu ərəfədə qazandığını deməyimiz çətindir. Amma bildiyimiz budur ki, onun rəhbərliyi ilə yol çəkilişi başlayır, Ən sürətli başlayan isə mənimsəmələr olur. Yeni texnikanın alınması, materialların alınması, işçilərin pullarının silinrnəsi və sair metodlarla tutaq ki, 20 milyonluq layihənin təxminən 10 milyonu mənimsənilir.

Mənimsəmələr bununla da bitmir. Daha sohra başlanır yolların yenidən təmiri, bərpası, yamanması. Bu prosesin gedişində milyonlar yox edilir.

Nəticə etibarilə nə olur? Saleh Məmmədov, adi bir dövlət məmuru Avropada milyarlıq biznes sahibi, onun adamı Kərəm Məmmədrzayev isə Qazaxın “asvalt kralı” olur.

Özü də bu xəbərlər mediada dərc olunanda sükunətlə qarşılanır.