Qazaxıstan Moskvadan “üçlü qaz ittifaqı”nın yaradılmasını gözləyirbackend

Qazaxıstan və Özbəkistanın iştirakı ilə qaz ittifaqının yaradılması perspektivləri Moskvanın təklif etdiyi konkret şərtlərdən asılı olacaq. 

“Yeni Gundem” xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Almas Aydarov deyib.

“Qaz ittifaqının yaradılması Rusiya tərəfinin təklifi idi və indiyədək o, rəsmiləşdirilməyib, onun hansı formada həyata keçiriləcəyi ilə bağlı Rusiya tərəfdən heç bir təfərrüat və ya təklif almamışıq”, – deyə o bildirib.
A.Aydərov qeyd edib ki, hələlik qazla bağlı ayrıca struktur, təşkilat və ya dövlətlərarası birliyin yaradılmasından söhbət getmir. “Hər şey bizə təklif olunacaq şərtlərdən asılı olacaq”, – nazir müavini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yuri Sentyurin bildirmişdi ki, Özbəkistan və Qazaxıstanla qaz ittifaqı ilə bağlı danışıqlar davam edir.

Bundan əvvəl Qazaxıstanın energetika naziri Bolat Akçulakov bildirib ki, Rusiya və Özbəkistanla qaz ittifaqı yaratmaq imkanları müzakirə olunmur. Noyabrın 29-da Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay bildirib ki, Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putin “üçtərəfli qaz alyansı”nı müzakirə ediblər.

Ayşən