Qazaxıstanda olan vətəndaşlarımız Azərbaycana qayıtdıbackend

Məlum olduğu kimi, artıq Qazaxıstanın Nur-Sultan şəhərindən bəzi istiqamətlərdə, o cümlədən Moskva və Dubay şəhərlərinə, beynəlxalq uçuşlar yenidən fəaliyyətə başlayıb.

Bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

Bu ölkədə müvəqqəti səfərdə olan vətəndaşlarımızın bir qismi hava yolları ilə Azərbaycana qayıdıb.