Qazaxıstanda ölüm hökmü ləğv olundubackend

Qazaxıstanda ölüm hökmü ləğv olunub.

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, bu barədə qərarı Qazaxıstan Senatı qəbul edib.

Qanunvericiliyə edilən dəyişikliklə Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü çıxarılıb.

Bundan sonra Qazaxıstanda ən ciddi cəza ömürlük azadlıqdan məhrumetmə olacaq.