Qazaxıstanda daha bir yüksək vəzifəli şəxs ölü tapılıb.
Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayev Nur-Sultan şəhərində öz evinin həyətində ölü olaraq aşkar olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov intihar edib.