Qazaxıstanda şirkət avtobusu qəzaya düşdü – 8 ölü, 20-dən çox yaralı varbackend

Qazaxıstanda sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 8 nəfər həlak olub.

 “Yeni Gundem”in “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 20-dən çox insan isə xəsarət alıb. 

Bütün həlak olanlar Qazaxıstan vətəndaşlarıdır. Məlumata görə, “Neoplan” markalı avtobus yerli neft şirkətinə məxsus olub. Avtobusun salonunda 36 sərnişin olub.

Faktla bağlı cinayət işi açılıb.