Qazilərə meyitdən əl-ayaq köçürə bilərik…backend

İlk qaraciyər transplantasiyası 2008-ci ildə bizim Mərkəzi Neftçilər Xəstəxanasında keçirilib. 1971-1972-ci ildə ilk böyrək köçürülməsi də Zaqafqaziyada akademik Cavadzadə tərəfindən edilmişdi. Bu, transplantasiya tariximizin başlanğıcı idi. O vaxt hələ heç Türkiyə və İranda bu mövzuda heç danışılmırdı. İndiyədək bizim tərəfimizdən 1500-dən çox qaraciyər və böyrək köçürülməsi əməliyyatı aparılıb.0

Bunu Səhiyyə TV-də çıxışı zamanı transplantoloq-cərrah Mircəlal Kazımi bildirib.

O, qeyd edib ki, təəssüf ki, Azərbaycanda digər orqanlarla bağlı vəziyyət yaxşı deyil: “Çünki bizdə meyitdən orqan götürülməsi praktikasıişləmir. Biz yalnız pasiyentlərə qohum insanlardan, canlı donordan orqan ala bilirik, o da böyrək və qaraciyər çatışmazlığı olanlar üçün. 44 günlük müharibədə yuxarı və aşağı ətraflarını, gözünü itirən xeyli sayda qazimiz var. Hazırda dünyada əl, qol, ayaqların da meyitdən alınaraq insana köçürülməsi məsələsi gündəmə gəlib. Hətta icra olunur. Biz də bunu öyrənib asanlıqla icra edə bilərik. Amma gərək orqanlarını bağışlayan insanlar olsun. Bioloji beyin ölümü keçirmiş insanların sağlam əzaları qazilərimizə köçürüb onları xilas etmək mümkündür.

Meyitdən ağciyər, ürək, göz, ətraflar, mədəlatı vəz kimi orqanları götürüb ehtiyacı olanlara köçürə bilərik”.

Bakupost.az