Qazın limiti ilə bağlı açıqlama – VİDEObackend

”Azərbaycanda qaz istifadəsinə görə limitlərin ləğvi və ya dəyişdirilməsi ilə bağlı heç bir müraciət olunmayıb, bu məsələ hazırda gündəmdə deyil”

Bunu jurnalistlərə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O, “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcuna da münasibət bildirib. Qeyd edib ki, hazırda mövsümü olmadığı üçün ödənişlərlə bağlı məsələ gündəmdə deyil. Lakin sözügedən qurumun “Azəriqaz”a borcu hələ də qalır.

O da qeyd edilib ki, bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard 817 milyon kubmetr təbii qaz qəbul edib. Bundan əlavə, cari ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin azalma həcmi 88 milyon kubmetr olub.

R.Əliyev qazlaşma ilə bağlı ortaya çıxan çətinliklərə də münasibət bildirib.