Braziliyada qəbirqazanlar məzarların birində diri-diri dəfn edilmiş qadını xilas ediblər. Qorxunc hadisə Viskondi-di-Riu-Branku bələdiyyəsində baş verib.
Bildirilir ki, qəbirqazanlar kömək çağırışlarını eşidib və zərərçəkəni tapandan sonra polisə müraciət ediblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadını azad ediblər. Bundan sonra qadın kəllə-beyin travması səbəbindən müalicə olunmaq üçün yerli xəstəxanaya aparılıb.
Qadın bildirib ki, iki naməlum maskalı şəxs onu qəbiristanlığa aparıb, döyüb və zorla qəbrə salıblar. Sonra çıxışı kərpic və sementlə hörüblər.
Hərbi polisin məlumatına görə, zərərçəkmiş narkotik vasitələrin yayılması ilə məşğul olub və onu itirdikdən sonra cinayətkarların qurbanına çevrilib.
Artıq hadisəni törədənlərin şəxsiyyətləri müəyyən olunub. Qadının məzarda nə qədər qaldığı məlum deyil.
Oxu.az