Qəbulolma faizi aşağı olan bölgələr açıqlandıbackend

2021-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına ali təhsil müəsisələrinə kənd rayonlarının ümumtəhsil müəsisələrindən qəbul olanların nisbi çəkisi (53,50 %) ötənilkindən (54,83 %) bir qədər az, 2019-cu ildəki (53,53 %) səviyyədə olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib.

Məzunların dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən yerlərə qəbulolma göstəricisinə görə ən yüksək nəticə Sumqayıt və Bakı şəhərlərinin, Oğuz, Qax, Qubadlı, Şahbuz, İsmayıllı və Abşeron rayonlarının məzunlarına məxsusdur.

Sabirabada, Ağsu, Xaçmaz, Qusar, Saatlı, Beyləqan və Cəlilabad rayonlarının məzunlarının dövlət sifarişi üzrə ayrılan yerlərə qəbulolma faizi aşağı olub.