Qəddafinin qalıqları ölümündən 10 il sonra tayfasına veriləcəkbackend

Liviyanın sabiq rəhbəri, polkovnik Müəmmar Qəddafinin cəsədinin qalıqları tayfasına veriləcək.

“Yeni Gündəm”-in TASS-a istinadən verdiyi məlumata görə, “AlHadath” telekanalı xəbər yayıb ki, 2011-ci ilin oktyabrında üsyançılar tərəfindən qətlə yetirilmiş M. Qəddafinin qalıqları tayfasına verilərək, yenidən dəfn olunacaq.

Bildirilir ki, Misurata şəhərinin tanınmış nümayəndələri ilə əl-qəddaf və əl-mücəbər tayfasının ağsaqqalları arasında M. Qəddafinin, oğlu Mütəssimin, habelə Liviyanın sabiq liderinin silahdaşı, müdafiə naziri olmuş Əbu Bəkr Yunis Cabirin qalıqlarının verilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, M. Qəddafinin qəbrinin yeri bu illər ərzində gizli saxlanılırdı. Qəbrin yeri barədə polkovnikin basdırılmasında iştirak etmiş və bu barədə susacağına söz verərək “Quran”a and içmiş şəxslər daxil olmaqla, çox az adam məlumatlı idi.

Lakin bir neçə gün əvvəl üsyançıların liderlərindən biri Salah Badi Qəddafinin basdırıldığı yeri açıqlamağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Liviyanın devrilmiş liderinin tərəfdarları son günlər Liviya daxilində barışığa töhfə olaraq, onun oğlunun və silahdaşı olmuş Əbu Bəkr Yunis Cabirin qalıqlarının tayfasına verilməsinə çağırışlar edir.APA