Qələbə Paradıbackend

Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə 10 dekabr 2020-ci il tarixində
 Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı keçirildi. “Öz möhtəşəmliyi, ağırlığı və mahiyyəti ilə seçilən  ikinci Qarabağ Müharibəsində  Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdi. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olundu.

Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi.

Hərbi paradda rəsmi qonaq kimi Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Möhtəşəm tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də xüsusi yer almişdı.

Edaletyolu.az bildirir ki,  “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyyəti və fəal üzvüləri biriliyin əsas binası  önündən yürüş edərək, öncə Bakı şəhər, Sabunçu rayonu ərazisidə olan “Şəhidlər xiyabanı”na getdilər. Vətən müharibəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın əziz xatirəsini yad  edərək əklil qoyuldu, dualar oxundu.

Biriliyin sədiri Qurban Məmmədov Şəhidlər kompleksinin qarşısında çıxış edərək bildirdi  ki,
şəhidlərin əziz xatirəsi daima anılmalı, onların ailələrinə diqqət və qayğı daha da artırılmalıdır.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı nəsib etsin!