Qələbə Paradın Mübarək Azərbaycanbackend

44 günlük ikinci Qarabağ müharibəsi və tarixə yazılan Qələbə paradı. Azərbaycan ordusunun tarixə həkk olunmuş bu zəfəri xalqın şərəf səlnaməsi adlandırsaq yanılmarıq. Otuz illik həsrətin bitdiyi mübarizə meydanını xalqın birlik, dəyər meydanı kimi də adlandırmaq olar.

Erməni vandallarının tapdağı altında olan əzəli torpaqlarımızı şücaətli ordumuzun səyi nəticəsində azad olunması bizi qürurlandırmaqla yanaşı, daha da ruhlandırır.Tarixə nəzər salsaq görərik ki, hələ Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il müddət ərzində kiçik Azərbaycan dünya arenasında tanınaraq, inkişaf etmiş ölkə olubdur.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi dövrü siyasətə böyük uğuru idi. Bu gün isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan daha da inkişaf edib irəlləyərək, tanınmış ölkələr siyahısında ön cərgələrdə yer alması hər birimiz üçün qürur mənbəyidir.
Bu gün keçirilən Qələbə paradı onu deməyə əsas verir ki, Azərbaycan bir yumuruq kimi birləşərək, bütün inkişaf etmiş ölkələrə özünün qələbə əzmini göstərdi.

Xoşbəxt olan Azərbaycan xalqını qoynuna alan paytaxt Bakının Azadlıq meydanında nümayiş olunan 3000 nəfərdən artıq şəxsi heyyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər Azərbaycan ordusunun hərbi sisteminin güclü olduğunu açıq-aydın göstərir.

Bu gün Qələbə Paradının əsas ürək açan mənzərəsi Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayiş olunmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsinə öz töhfəsini verir.

Bu gün qürurla onu deməyə əsas verir ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamağı ilə yanaşı dünyaya özünü güclü dövlət kimi göstərməyi bacardı. 44 günlük müharibə bir daha onu göstərdi ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin etməsində mühüm amil oldu.

Tarixin yaddaşında Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Bu gün ki, gündən nə qədər yazsamda sözüm bitib-tükənməz çünki, qələbə əzmi ürəklərdə olan xoş sözlərlə aşıb, daşır.44 günlük müharibənin uğrundan tarixi yazılar, filmlər nə qədər yazılıb, çəkilsə də azlıq edər.

Unutmayaq ki, bizə yaşadan bu qələbəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müzəffər şanlı ordumuza borcluyuq. Yüksəkliklərdə dalğanan üçrəngli bayrağımız bizim qürur yerimiz, şanlı ordumuzun zəfər alqışıdır. Fikirlərimi Ali Baş Komandan İlham Əliyevin tarixə düşən sözü ilə bitirmək istəyirəm Qarabağ bizimdir.Qarabağ Azərbaycandır!

Dogru.az informasiya agentliyinin təsisçisi, baş direktor İlqam Cəbiyev