Qələbələrimizin əsası olan xalq-iqtidar birliyi, düşmənlərimizə göz dağıdır –  Sədaqət Vəliyevabackend
Fəaliyyəti şəxsi mənafelər üzərində qurulmuş, xaricdən idarə olunan bir qrup antimilli ünsür  “Milli Şura” adlı qondarma toplumda cəmləşmişdir. Hər zaman ölkəmizin qazandığı uğurlara kölgə salan bu dağıdıcı  toplumun əsas məqsədi, ermənipərəst qüvvələrə xidmət etmək və xarici qrantlar əldə etməkdir. Gəlin qısa olaraq Milli Şuranın son iki illik fəaliyyətinə daha doğrusu fəaliyyətsizliyinə nəzər salaq.
Bunu “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki,  başlayaq Milli Şuranın şeçki biabırçılığından: “ Əlbətdə xalq içində heç bir nüfuzu və dəstəyi olmayan Milli Şura məhz biabırçı məblubiyyətdən qorxaraq 2020-ci il fevralın 9-da Milli Məclisə  keçirilən seçkilərdə iştirakdan imtina etdi. Davam edək Milli Şuranın Vətən müharibəsi zamanı orta qoyduğu anti-Azərbaycan mövqeyi ilə. Vətən müharibəsi zamanı hər kəsin həmrəy olduğu vaxtda Milli Şura bu birliyə, həmrəyliyə dəstək vermədi. Eyni zamanda qeyd etmək lazımdır ki, hər zaman vətənpərvərlikdən bəh-bəhlə dəm vuran Şura sədri Əli Kərimlinin oğlu Türkel Kərimli müharibədə iştirakdan imtina etdi. Vətən müharibəsində qazandığımız parlaq qələbə düşmənlərimiz kimi Milli Şuranı da sevindirmədi. Hər vəclə qazandığımız şanlı qələbəyə kölgə salmaq istəyən bu toplumun arzusu növbəti dəfə də ürəyində qaldı.  Müharibə mövzusundan “çörək çıxmadığını” görən Milli Şura, növbəti zamanlarda aşığın sözü qurtaranda dalay-dalay elədiyi kimi başladı guya ölkəmizdə söz azadlığı pozulur, kimlərsə təzyiqlərə məruz qalır. Fəaliyyəti biabırçılıqlar və məğlubiyyətlər üzərində qurulmuş Milli Şuranın bu dəfəki cəhdləri də fiaskoya uğradı. Dəfələrlə dünyanın beynəlxalq təşkilatları yaydığı hesabatlarda Azərbaycanın tam demokratik dövlət olduğunu bildirmişlər və ölkəmizin dünyanın qabaqcıl hüquqi dövlətlərdən olduğu qeyd olunmuşdur.”

Bu gün xalq tərəfindən heç bir dəstəyi olmayan və boykot olunan Milli Şura indiyə qədər bir dəfə də olsun hansısa bir inkşaf proqram ilə çıxış etməyib. Çünki ölkəmizin uğurlarını gözü götürməyən bu toplum anti-Azərbaycan qüvvələr tərəfindən maliyələşir. Bu səbəbdən də onlar bütün fəaliyyətlərini ermənipərəst qüvvələr tərəfindən gələn tapşırıqlar əsasında qururlar ki maliyyələri kəsilməsin. Göründüyü kimi Milli Şuranın fəaliyyəti biabırçılıqlarla, fiaskoyla, xəyanətlərlə zəngindir. Əlbətdə sədri Əli Kərimli olan Milli Şuradan bundan başqa fəaliyyət gözləmək də düzgün olmazdı  – deyən Sədaqət Vəliyeva əlavə edib ki,

Azərbaycan xalqı müdrik xalqdır.  Xalqımız çox gözəl bilir ki, anti-milli qüvvələrin əlində oyuncağa çevrilən Milli Şuranın yarıtmaz fəaliyyəti heç zaman ölkəmizin və dövlətimizin xeyrinə olmayıb: “Azərbaycan xalqı Milli Şura adlı qondarma qurumu çoxdan boykot edib və tarixin zibilliyinə göndərib. Bu gün Azərbaycanda çox güclü xalq-iqtidar birliyi mövcuddur. Bu birlik günü-gündən inkşaf edir. Qələbələrimizin əsası olan xalq-iqtidar birliyi, düşmənlərimizə göz dağıdır. Yaşasın xalq-iqtidar birliyi! Birliyimiz əbədidir!”