Qələbəyə doğru gedən son azadlıq hərəkatıbackend

Son günlərdə minlərlə gəncin könüllü olaraq cəbhəyə yollanaraq torpaqlarımızın işğaldan azad olunması istiqamətində dövlətimizə və ordumuza dəstək olması Ali Baş Komandana və Silahlı Qüvvələrimizə olan etimadın göstəricisidir. Bu etimad, bu istək əslində zaman-zaman xalqın qəlbində yaranmışdır. Azərbaycan Prezidenti, Ali Baş Komandanın döyüşə hazırlıq Əmrinin sevinclə qarşılanması bu gün hər bir azərbaycanlının qəlbində yaşayan Vətən sevgisi kimi ən ülvi hislərin yüksək olduğundan xəbər verdi.

Təbi ki, müharibənin öz qanunları var. Sentyabr ayının 27-də növbəti dəfə erməni təxribatına cavab olaraq əks hücuma keçən ordu qüvvələrimiz çox qısa zaman ərzində irəliləyişə nail oldu. Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu, Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır. Nəhayət ki, bu xalq-dövlət-ordu birliyinin yüksək olmasının dünya ictimaiyyətinə ünvanlanmış bir mesajdır.

Sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəylik nümayiş etdirir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür. Bu həmrəylik, bu birlik xalqın qəlbindən gələn seçimidir. Bu həmrəyliyə xalq özü seçim edərək qərar verib.

Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Azərbaycan Ordusu çox güclü, peşəkar və qüdrətlidir. Silahlı Qüvvələrimizin düşməni ağır itkilərə məruz qoyaraq əldə etdiyi qələbələr də bunu deməyə tam əsas verir. Bu gün bizim üçün, hər bir azərbaycanlı üçün tarixi bir gündür. Bəşər boyu hər bir müharibədə dönüş nöqtəsi olan həlledici döyüş və yadda qalan gün olur. Sözsüz ki, 27 sentyabr tarixi də Azərbaycan xalqının tarixinə Aprel döyüşləri və Naxşıvan döyüşləri kimi qızıl hərflərlə yazılacaq. Lakin xalqımız və dövlətimiz başa düşür ki, bu hələ tam qələbə deyil. Bu qələbəyə gedən yolun başlanğıcıdır. 30 il səbirlə gözlədiyimiz, sonu möhtəşəm bir qələbə olacaq bu yolun sonuna çox az qalıb. 27 sentyabr tarixində əldə etdiyimiz uğurlar sadəcə bir başlanğıcdır – torpaqlarımızın azad olunması uğrunda getdiyimiz yolun başlanğıcı. Tarixə qızıl hərflərlə yazılacaq Qələbəyə doğru gedən son azadlıq hərəkatının sonu.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı