Qənirə Paşayeva və Firəngiz Balakişiyeva kumuk aydınları ilə görüşüblər – FOTObackend

MM Mədəniyyət komitəsinin sədri Q.Paşayeva və “Nəfəs” İB-nin sədri F.Balakişiyeva kumuk aydınları Zaur Niftiyev və Mikayıl Amayevlə görüşüblər.

“Yeni Gündəm” xəbər verir ki, “NƏFƏS” İB-nin qərargahında baş tutan görüşdə Kumuk ədəbiyyatının, mədəniyyətinin Azərbaycanda, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin kumuklar arasında, ümumən Dağıstanda yayınlanması, təbliği yönündə fikir mübadiləsi aparılıb.
Kumuk aydınları Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərindən şad olduqlarını bildirib, öz təbriklərini çatdırıb, görüşə görə təşəkkür ediblər.
Q.Paşayeva qonaqlara Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Görüşdə tanınmış televiziya jurnalisti Zərnişan İnqilabqızı, rejissor Elnurə Kazımlı iştirak edib.