Qənirə Paşayeva və “Nəfəs” İB-nin sədri F.Balakişiyeva tanınmış sənətkar, Əməkdar artist Vaqif Mirzəyevlə görüşüblər – FOTObackend

MM Mədəniyyət komitəsinin sədri Q. Paşayeva və “Nəfəs” İB-nin sədri F.Balakişiyeva tanınmış sənətkar, Əməkdar artist Vaqif Mirzəyevlə görüşüblər.

“Yeni Gündəm” xəbər verir ki, “NƏFƏS” İB-nin qərargahında baş tutan görüşdə Vaqif Mirzəyevin sənət yolu, uğurları, qayğıları, yeni yaradıcılıq palanları ətrafında fikir mübadiləsi aparılıb.

Komitə sədri hələ 1970-ci ildə Moskva Qurultaylar Sarayında Ümumittifaq festivalında uğurla iştirak edərək, festivalın laureatı adına layiq görüldüyünü, bundan sonra yenə Moskva şəhərində keçirilən II Ümumittifaq festivalında I mükafata layiq görüldüyünü, onun uzun illər Azərbaycan Dövlət Filarmoniyasında “Humayun” Xalq çalğı alətləri ansamblında işlədiyini məmnuniyətlə xatırladıb, ürək sözlərini bölüşüb: “1990-cı ildə siz “Azərbaycan təranələri” ansamblını yaratmış və uzun müddət Musiqi Ansambları Birliyində çalışmısız. Eyni zamanda, 1990-cı ildə Türkiyədə keçirilən Ümumdünya festivalında I yeri tutaraq, festivalın medalını almısız. Siz İran, İraq, İordaniya və Suriyada Azərbaycan musiqisini yüksək səviyyədə təmsil və təbliğ etmiş, “Diplom”a layiq görülmüsüz. Xarici mətbuat dəfələrlə sizin yaradıcılığnızla maraqlanmış və bu barədə öz səhifələrində yazmışlar.

Azərbaycan radiosu sizin ifanızda 50-yə yaxın musiqi lentə alıb. Televizyanın “Qızıl Fond”unda bir neçə konsertləriniz qorunur.

Siz xalqımızın ağır günlərində cəbhələrdə, hərbi hissələrdə, qaçqın şəhərciklərində çıxışlar etmiş və xeyriyyəçiliklə məşğul olmusuz.

“Azərbaycantelefilm” sizin haqqınızda “Sənətinin Vaqifi” adlı sənədli film çəkilib. 2008-ci ildə isə sizin haqqınızda “Bahar nəfəsli sənətkar” adlı sənədli film ekranlaşdırılıb. Siz həmçinin, kinorejissorlarımız tərəfindən bir sıra bədii filmlərə musiqiçi kimi dəvət olunmusuz.

2008-ci il sentyabrın 17-də Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülmüsüz.

Sizi bütün uğurlarınız və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni təqvim ili münasibəti ilə təbrik edirəm”!