Qənirə Paşayevadan aktyor Novruz Qartalla bağlı Milli Məclisdən müraciətbackend

“Aktyor Novruz Qartal hər zaman ön cəbhədə olub, amma o bu gün çox ağır şəraitdə yaşayır”.

“Yeni Gündəm” xəbər verir ki, patlamentin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva aktyor Qartal Novruzun üzləşdiyi problemi gündəmə gətirib.

O deyib ki, Novruz Qartalın səhhəti çox ağırdır, hələ də kirayədə yaşayır: “Bu günlərdə onu ziyarət etdik. O, heç olmasa, bir otaqlı mənzillə təmin olunmasını xahiş edib. Odur ki aidiyyatı orqanlara müraciət edərək, məsələni nəzərə almalarını xahiş edirəm”- o bildirib.