“Qərb bunu əhalisinə izah etsin” – Lavrovbackend

“Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatın məqsədlərinə çatdıqdan sonra Qərbin “birqütblü dünyanı təbliğ etməyi” və BMT Nizamnaməsinin prinsiplərini pozmağı dayandıracağını gözləyirik”.

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov əlavə edib ki, Rusiya Qərbin genişmiqyaslı sanksiyaları qarşısında necə davam gətirəcəyini bilir.

O, bildirib ki, Rusiyanın enerji resurslarının kifayət qədər alıcısı var: “Qoy, Qərb neft və qazın digər ölkələrdən alışı üçün daha çox pul xərcləsin və bunu öz əhalisinə izah etsin”.