Qərbi Azərbacan İcmasının Gənclər Birliyi ilk görüşünü keçirdibackend

Bu gün Qərbi Azərbaycan İcması və İcmanın Gənclər Birliyinin onlayn formatda görüşü təşkil olunub. Tədbirin əsas mövzusu Qərbi Azərbaycana aid olan milli mədəni irs, mədəniyyət və tarixi abidələrin müzakirəsi olub. Tədbiri Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli açıq elan edərək gənclərin təşəbbüsünü yüksək qiymətləndirib. Bildirib ki, Gənclər Birliyi daha yeni yaranmasına baxmayaraq , fəaliyyəti ilə seçilir, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün qətiyyətli addımlar atır. Əziz Ələkbərli gənclərə bu yolda uğurlar arzulayaraq, icma rəhbərliyinin hər zaman onlara dəstək olacağını bir daha vurgulayıb.Daha sonra tədbirin mövzusuna keçid alan icma rəhbəri mənfur düşmənin qərbi azərbaycanlıları köçə necə məcbur etmələrindən, Qərbi Azərbaycandakı tarixi əsrlərə söykənən abidələri necə məhv etmələrindən danışıb. O, bildirib ki, tarixi abidələrimiz sadəcə Qarabağda deyil, o cümlədən İrəvanda da məhv edilib. Bütün dünya bu vandalizmə bu günə qədər səssiz qalır. Və bu səssizliyin səbəbkarı həm də biz özümüzük. Alim qeyd etdi ki, istənilən tarixi məsələdə Bütöv Azərbaycan amili, Bütöv Azərbaycan prinsipinə istinad edilməlidir. İstər Qərbi Azərbaycan, istərsə də itirilmiş digər torpaqlar – Dərbənd, Borçalı, Təbriz unudulmamalıdır. Artıq Qərbi Azərbaycan icması bu səssizliyi pozur. Və icma gənclərinin bu sahədə görüləsi hələ çox işi var. Biz düşmən tərəfindən məhv edilmiş tarixi abidələr, adları dəyişdirilmiş tarixi məkanlar haqqında informasiyaları mütəmadı olaraq dünyaya çatdırmalıyıq. Eyni zamanda daha bir təlimat İcmanın Gənclər Birliyi tərəfindən Qərbi Azərbaycanın hər bir mahalına, hər bir kəndinə, hər bir abidəsinə aid materialların elektron variantda, baza proqramı şəklində hazırlanıb istifadəyə verilməsi oldu. Daha sonra Qərbi Azərbaycan İcmasının üzvü Lamiyə Əhmədova çıxış etdi. Lamiyə Əhmədova gənclərin aktivliyinin çox sevindici hadisə olduğunu, ümumilikdə müqəddəs bir amal olduğunu dilə gətirdi. O bu işdə bütün gənclərə uğurlar arzu edib, məhz Qərbi Azərbaycan İcmasının rəhbəri, dəyərli alim, millət vəkili Əziz Ələkbərlinin xidmətinin əvəzsiz olduğunu qeyd etdi. Sonda icmanın Gənclər Birliyinin sədri Namiq Muradov çıxış edərək, tədbir iştirakçılarına Gənclər Birliyi haqqında məlumat verib, iştirakçıların Əziz müəllimə ünvanlanmış suallarını səsləndirdi.O bildirib ki, görülən işlər fəaliyyətin başlanğıcıdır. Məqsədimiz Qarabağla yanaşı Qərbi Azərbaycanın da məruz qaldığı bu zülmü beynəlxalq aləmin də bilməsini təmin etməkdir.