Qərbi Azərbaycan Hamamlı rayon Saral kəndinin yetirməsi Milli Qəhrəman Əsəd Əhmədovun anım günü qeyd edilibbackend

İyulun 15-i Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədovun doğum günü idi.

Şəhidimiz 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Hamamlı rayonunun Saral kəndində anadan olmuş, 1992-ci ilin martında Milli Ordu sıralarında Vətənin müdafiəsinə yollanmış, Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu kəndlərində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda döyüşlərdə iştirak etmiş, qəhrəmanlıqlarla dolu şərəfli bir döyüş yolu keçmişdi.

1992-ci il iyulun 31-də Ağdamın Papravənd kəndi uğrunda gedən döyüşdə şəhid olmuş, Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 05.02.1993-cü il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bütün bunlar Milli Qəhrəmanın Anım gününə toplaşanlar – Milli Qəhrəman Əsəd Əhmədovun ailə üzvləri, qohumları, döyüş yoldaşları, komandiri, Qərbi Azərbaycan İcmasının üzvləri tərəfindən bir daha xatırlandı, şəhidimizin və bütün şəhidlərimizin xatirəsini bir daha yad etdik.