Qərbi Azərbaycan İcması Şarl Mişellə məktub ünvanlayıbbackend

Qərbi Azərbaycan icması Aİ Şurasının prezidenti Şarl Mişellə məktub göndərib.

“Yeni Gundem” xəbər verir ki,məktubda Aİ-dən Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə geri qayıtmasına, Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) isə bu ölkədən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi sahəsində müvafiq etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə dəstək verilməsi xahiş olunur.

Eyni zamanda, məktubda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verən Avropa İttifaqının səylərinin alqışlandığı qeyd edilir, həmçinin Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasının davamlı sülhün bərqərar olması üçün zəruri şərt olduğu vurğulanır.

Fərahim Rəhimov