Qərbi Azərbaycan İcması yeni struktur və yeni tərkibdə fəaliyyətini genişləndirir – FOTOLARbackend

“Hədəfimiz Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycandır! Son yüz ildə deportasiya və soyqırımlara məruz qalaraq qovulmuş insanlarımız mütləq öz dədə-baba yurdlarına qayıdacaqlar! – deyə Ə.Ələkbərli bildirmişdir.

27 iyul 2021- ci il tarixdə Qərbi Azərbaycan İcmasının onlayn hesabat konfransı keçirilmişdir.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli konfransı açaraq hesabat məruzəsi ilə çıxış etmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra bölgədə yaranmış yeni reallıqlar zəminində Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələrdən danışmışdır. O, İcmadakı struktur və kadr dəyişikliklərini də məhz bu baxımdan zəruri addım hesab etmişdir. “Hədəfimiz Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycandır! Son yüz ildə deportasiya və soyqırımlara məruz qalaraq qovulmuş insanlarımız mütləq öz dədə-baba yurdlarına qayıtmalıdırlar, – deyə Ə.Ələkbərli bildirmişdir.

Konfransda QAİ-nin strukturunda əsaslı dəyişikliyin təsdiqindən sonra təşkilati məsələlərə baxılmışdır. Qərbi Azərbaycan İcmasının 29 nəfərdən ibarət İdarə Heyəti seçilmişdir. İdarə Heyətinə tanınmış ziyalılar, alimlər, İcma sədrləri daxil edilmişdir.

Millət vəkili Əziz Ələkbərli yenidən Qərbi Azərbaycan İcmasının sədri, Mirfaiq Mirheydərli sədrin 1-ci müavini, Abduləli Həsənov, Fəxrəddin Nəbiyev, Həqiqət Hacıyeva, Azadə Novruzova sədrin müavinləri seçilmişlər.

Telli Pənahqızı Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Namiq Muradov Gənclər Təşkilatının sədri seçilmişlər.

İdrak Rəhimoğlu Qarakilsə, Ələsgər Məmmədov Amasiya, Binnət Əsgər, Məhəmməd Vəliyev Allahverdi, Ziyəddin Əliyev Dərəçiçək, Kamil Məmmədov Dərələyəz, Bəxtiyar Abdullayev Böyük Qarakilsə, Mirzə Ənsərli Barana, İman Məmmədov Göyçə icmasının sədri vəzifələrinə təsdiq edilmişlər. Qərbi Azərbaycan üzrə digər rayon və kənd icmalarının formalaşdırılması və təsdiqini davam etdirmək QAİ İdarə Heyətinə həvalə edilmişdir.

Gorus, Qarakilsə, Qafan və Meğri rayonlarını əhatə edən Zəngəzur icmasının bundan sonra Qərbi Zəngəzur İcması adlanması qərara alınmışdır.

Tədbirdə bir sıra digər vacib qərarlar da qəbul edilmişdir.