Qərbi Azərbaycan İcmasında Vedi rayon nümayəndələri ilə görüş keçirilibbackend

Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycanın Vedi rayon icması ilə görüş keçirilib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə İcmanın sədri, millət vəkili Əziz Ələkbərli məlumat verib.

Görüşdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının şöbə müdiri Miraslan Bəkirli, Vedi rayonunun ağsaqqalları, tanınmış ziyalıları, alimləri iştirak ediblər.

Görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin həyata keçirilməsində Qərbi Azərbaycanın rayonları üzrə icmaların rolu ətrafında geniş müzakirə aparılıb.

Fərahim Rəhimov