Qərbi Azərbaycan İcmasında yeni təyinatlar oldu – FOTOLARbackend

30 may 2021- ci il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması İdarə Heyətinin onlayn iclası keçirilmişdir.

“Yeni Gündəm” xəbər verir ki, iclası giriş sözü ilə açan AQC və QAİ sədri, millət vəkili Əziz Ələkbərli gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl iclasa qoşulan yeni üzvlər – Vüsal Hüseynli və Sevindik Mehdisoy barədə məlumat verdi. Sonra Ə.Ələkbərli ötən həftə ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycanla bağlı baş verən hadisələrin icmalını təqdim etdi. O, 28 may Respublika günü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik etdi, bu tarixi günün mahiyyəti və əhəmiyyəti barədə düşüncələrini bölüşdü.

Sonra millət vəkili mayın 28-də Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Ağdam səfəri, burada cənab prezident tərəfindən təməli qoyulan layihələr, Ağdam şəhərinin bərpası ilə bağlı atılan addımlar barədə məlumat verdi, bu tarixi hadisəni Müzəffər Ali Baş Komandanın siyasi iradə və qətiyyətinin növbəti təntənəsi kimi dəyərləndirdi.

Bundan sonra iclasın gündəliyi təsdiq olundu.

İlk məsələ – “Zəngəzur mahalı: dünən, bu gün, sabah (Zəngəzur aylığının dördüncü həftəsi)” barədə əslən Zəngəzurdan olan İcma fəalı Azadə xanım Novruzova məlumat verdi. O, Qərbi Azərbaycan İcmasının son bir ayı Zəngəzur aylığı elan olunmasını və bu müddətdə Zəngəzurla bağlı QAİ tərəfindən görülən işlər barədə ətraflı məlumat verdi. Zəngəzur məsələsinin qaçqınlarımız öz ata-baba ocaqlarına qayıdanadək gündəmdə qalacağını və bundan sonra da Zəngəzur məsələsi ilə bağlı fəaliyyətimizi davam etdirməli olduğumuzu bildirdi.

Gündəlikdəki ikinci məsələ – təşkilati məsələ və bölgələrdə təşkilatlanmanın davam etdirilməsi barədə AQC və QAİ sədri Əziz Ələkbərli məlumat verdi. Bildirildi ki, yaxın müddətdə Qərbi Azərbaycan İcmasının Azərbaycan Respublikasının rayonları üzrə nümayəndəliklərinin yaradılması prosesinin başa çatdırılması nəzərdə tutulmuşdur.

Sonra Qərbi Azərbaycan İcmasında kadr və struktur məsələlərinə baxıldı və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, şairəpublisist Telli Pənahqızı Qərbi Azərbaycan İcmasının Qadınlarla İş və İnformasiya məsələləri üzrə sədr müavini seçildi.

Daha sonra şairə-publisist Azadə Novruzova humanitar məsələlər üzrə Qərbi Azərbaycan İcması sədrinin müşaviri vəzifəsinə təqdim olundu və yekdilliklə təsdiqləndi.

Qərbi Azərbaycan İcması sədrinin təqdimatı və İdarə Heyətinin qərarı ilə Telli Pənahqızı, Azadə Novruzova, Rəhilə AbdullayevaCəmilə Fəyyaz Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvlüyünə qəbul olundular.

Gündəlikdə duran üçüncü məsələ – cari məsələlər barədə Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Abduləli Həsənov məlumat verdi. Qərbi Azərbaycan Muzeyinin yaradılması zərurətindən və atılacaq addımlardan bəhs edildi. “Qərbi Azərbaycan şəhidləri”  kitabı üzərində işin səmərəli təşkili üçün Qərbi Azərbaycan İcması Mərkəzi Aparatında xüsusi qrup yaradılması qərara alındı. Qrupun işinə rəhbərlik məsuliyyətini QAİ sədri Əziz Ələkbərli öz üzərinə götürdü.

Gündəlikdə duran məsələlər ətrafında Əziz Ələkbərli, Mirfaiq Mirheydərli, Abduləli Həsənov, Binnət Əsgər, Cəmilə Fəyyaz, Rəhilə Abdullayeva, Leyla Abdullayeva, Azadə Novruzova, Namiq Muradov çıxış edərək münasibətlərini, qeyd və təkliflərini bildirdilər.