Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyi Iğdırda Oba və Hakmemmed kəndlərindəki Şəhidlər Xiyabanını ziyarət ediblərbackend

Qərbi Azərbaycan İcması Ankara təmsilçiyinin bir qrup üzvü dünən Iğdır şəhərinin Oba və Hakmemmed kəndlərində yerləşən 1918 ci ildə Qərbi Azərbaycandan köçüb gəldikdən sonra ikinci dəfə ermənilər tərəfindən soyqırıma məruz qalan şəhidlərin uyuduğu məzarlığı ziyarət ediblər.

“Yeni Gündəm” xəbər verir ki, ziyarət zamanı çıxış edən Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Dr.Derya Akdemir bildirib ki, bu məzarlıqlar Türk tarixinin önəmli bir hissəsidir və həyatları boyunca iki dəfə qaçqınlıq yaşayan və hər ikisində də ermənilər tərəfindən soyqırıma məruz qalan bu insanların tək suçu Türk və müsəlman olmalarıdır. Onun sözlərinə görə bu gün Türkiyənin ən müxtəlif ərazilərində ermənilərin soyqırım törətdiyi kəndlərdə, şəhərlərdə çoxlu belə toplu məzarlar var və bu məzarlarda dəfn edilən vətən övladlarının şəhid edilmə formaları da erməni vəhşiliyinin əyani sübutudur: “Biz Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyi olaraq hər zaman ermənilərin soyqırım törətdiyi bölgələri ziyarət edir və bu ərazilərdə o dəhşətli hadisələrin şahidləri ilə görüşürük. Bu gün Iğdırın Oba və Hakmemmed kəndlərində də olduğumuz zaman burdakı kənd sakinlərini böyük ürək ağrısı ilə dinlədik və bu soyqırımların gələcək nəsillərə çatdırılması barədə icma təmsilçiliyimizin üzvləri fikirlərimiz üst üstə düşdü. Elə bir ərazi düşünün ki, oranın əhalisi iki dəfə bir dəfə sərhədin o üzündə, bir dəfə isə sərhədin bu üzündə ermənilər tərəfindən soyqırıma məruz qalıb. Dünyanın heç bir yerində belə bir dəhşətə rast gələ bilməzsiniz. Bu da məhz Qərbi Azərbaycanlı soydaşlarımızın taleyinə yazılıb. Bu məzarlıqları ziyarət etməyimiz olduqca tarixi bir dövrə təsadüf edir. Qardaş Azərbaycan təqribən bir həftə ölkənin Ali Baş komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm bir qələbə qazandı.

Ümid edirik ki, bu möhtəşəm qələbədən sonra bu regionda ermənilərin Türklərə qarşı törətdikləri soyqırımlara son qoyulacaq, haqq ədalət yenidən bərpa olunacaq. Və əminəm ki, Oba və Hakmemmed kəndlərindəki məzarlıqlarda uyuyan şəhidlərimizin əziz ruhları şaddır. Bir daha bütün Türk millətinin əziz şəhidləri qarşısında baş əyirəm və onlara Allahdan rəhmət diləyirəm”.