Qərbi Azərbaycan icmasının qadınlar şurası beynəlxalq qaçqınlar günü münasibəti ilə tədbir keçirdibackend

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası 20 iyun Beynəlxalq Qaçqınlar Günü münasibəti ilə tədbir keçirmişdir. Tədbirdə çıxış edən Şura sədri Telli Pənahqızı demişdir:

“Cənab İlham Əlıyev birmənalı şəkildə bütün dünyaya bəyan etdi ki Qərbi Azərbacan torpaqları bizim dədə-baba yurdumuzdur və bizim bu yerlərə qayıdış yolumuz Zəmgəzur dəhlizinfən keçəcək!

20 iyun Beynəlxalq Qaçqınlar günüdür!

Soydaşlarımızın 1988- ci ildə erməni vandalları tərəfindən silah gücünə öz əzəli və əbədi yurdlarından – Qərbi Azərbaycandan son nəfərinə qədər qovulması ilə başlanan bu proses sonralar Dağlıq Qarabağdan və ona bitişik 7 rayondan azərbaycanlıların deportasiyasi və 30 il bu ərazilərin işğal altında saxlanılması ilə nəticələndi. 300 mindən çox Qərbi Azərbaycanlının və 700 mindən çox yerli əhalinin əmlakını talan edən, evini yandıran, yurd-yuvasını viran qoyan düşmən, nəhayət ki, Azərbaycanın siyasi lideri, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunun, polad iradəsinin, yorulmaz fəaliyyətinin, yürütdüyü düzgün siyasətin və qüdrətli ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük ağır döyüşlərdən sonra ölkəmiz öz sərhədlərini yenidən bərpa edə bildi. 30 il boyunca 1 milyondan çox qaçqının qayğılarını, problemlərini həll etmək, adi yaşayış tələbatını ödəmək, ailələri ev, iş və qida ilə təmin etmək, bitib tükənməyən istəklərini ödəmək o qədər də asan olmadı. Lakin Azərbaycan xalqı öz qaçqın və məcburi köçkün soydaşlarına qol-qanad açdı, dərdliyə təsəlli, xəstəyə dərman oldu, acı yedirtdi, evsizə yuva qurdu, sahibsizə, binəsibə arxa- ayaq oldu.

Ancaq qulaqları kar, gözləri kor olan dunya – illərdən bəri donor dövlətlərin vəsaiti hesabına milyonlara sahib olan Beynəlxalq təşkilatlar bizi “görmədi”, harayımızı “eşitmədi”.

Amma yaman günün ömrü az olur – deyirlər, nəhayət ki, illər sonra millət öz gücünə arxalanaraq düşməni torpaqlarımızdan qovub çıxarmağa müvəffəq oldu! İndi qalır Qarabağda həyata keçirilməsi planlasdırılan nəhəng quruculuq işlərinin qısa zamanda başa çatdırılması. Yəqin ki, ən böyük arzusuna qovuşan bir xalqın bu işin öhdəsindən gəlməsi də çətin olmayacaq.

Dünənəcən Azərbaycana “xala xətrin qalmasın” deyə “üzəvari iltifat” göstərən dövlətlərin əksəriyyəti əməkdaşlıq təklifi ilə cənab Prezidentə müraciət edir, onunla əməkdaşlığa can atırlar.

İndisə seçim Azərbaycanındır, onun siyasi liderinindir, kiminlə və necə, nə vaxt əməkdaşlıq etməyi o daha yaxşı bilir”.

Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, dünyanın bir çox ölkələrində yaşanan qaçqınlıq problemi müxtəlif həlli müşkül məsələlərdən, ən çox da təbii fəlakətlərdən və etnik münaqişələrdən qaynaqlanır. Ancaq Azərbaycan qacqınlarının doğma vətənində qaçqına, köçkünə çevrilməsi yolverilməzdir, özünün siyasi ambisiyaları xatirinə özgə torpağında erməniyə “vətən duzəldənlərə” haqq qazandıranların əməlləri isə dözülməzdir.

Toplantı iştirakçıları onu da vurğulayıblar ki, Qərbi Azərbaycan kökənli hər bir soydaşımız , xüsusilə də Milli Məclisin üzvləri, ayri-ayrı siyasi partiya və təşkilatların rəhbərləri, gənclər təskilatlarının fəalları, bir sözlə, vəzifəsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər birimiz bir çox beynəlxalq təşkilatların, nüfuzlu siyasi liderlərin, söz sahibi olan dövlətlərin diqqətini bu məsələyə cəlb etməkdə daha fəal mübarizə aparmalıdır.